🇦🇿28 May Respublika Gününə həsr olunmuş şeir müsabiqəsinin məqsədi dilimizi, folklorumuzu, tariximizi, milli-mənəvi dəyərlərimizi şeir vasitəsi ilə qürbətdə yaşayan həmvətənlərimizə, xüsusi ilə gənc nəslə sevdirməkdir. 🗓 Tarixlər: 📌 20 May 2020: Bu tarixə qədər göndərilən əsərlər Facebook səhifəsinə yerləşdirilərək müsabiqənin birinci tutuna start veriləcək. 📌25 May 2020: Bu tarixə qədər Facebook səhifəsində 500 bəyənməni keçən bütün əsərlər münsiflər heyətinin dəyərləndirməsinə alınacaqdır. 📌28 May 2020: Nəticələr elan ediləcək. Kimlər iştirak edə bilər: Texas ştatında yaşayan və özünü Azərbaycan icmasının fərdi sayan hər kəs 📣Müsabiqə iki fərqli yaş kateqoriyasında keçirilir. 🧒 1-ci kategoriya: 5-15 yaş arası uşaqlar 🧑 2ci kategoriya: 16 yaş və üstü Müsabiqə iki turdan ibarətdir: 1️⃣Birinci tur - yarımfinal tur: Göndərilən bütün videolar Houston Azərbaijani School-un Facebook səhifəsinə yüklənəcək. 500 və daha çox bəyənmə alan əsərlər münsiflər heyətinin dəyərləndirməsinə alinacaq. 2️⃣İkinci tur – final: Azərbaycanda ədəbiyyat və incəsənət sahələrində təcrübəli münsiflər heyətinin qərarına əsasən qaliblər müəyyənləşir. 🎁 Hədiyyələr 🎁 Uşaqlar 🥇1-ci yer: $100 🥈2-ci yer: $75 🥉3-ci yer: $50 Böyüklər 🥇1-ci yer: Apple - AirPods 2 🥈2-ci yer: Alexa Echo Show 5 🥉3-cü yer: Nest Mini with Google Assistant Ümumi qaydalar ✅Müsabiqədə vətənpərvərlik, azərbaycançılıq, milli və mənəvi dəyərlər də daxil olmaqla bütün məzmunlarda şeirlər səsləndirilə bilər. ✅Azərbaycan ədəbiyyatı nümunələrindən (klasik, müasir) istifadə edilməlidir. ✅İstənilən vəzndə (əruz, heca, sərbəst) şeir söylənə bilər. ✅Şeir videolarının uzunluğu ən çox 6 dəqiqə, en az 1 dəqiqə olmalıdır. ✅Əsərlər Google Drive vasitəsi ilə houstonazerbaijanischool@gmail.com email adresinə göndərilməlidir. ✅Əsərlərlə bərabər aşağıdakı məlumatlar da emaildə qeyd edilməlidir. Səsləndirən şəxsin adı və soyadı Şeirin adı Şeirin müəllifinin adı
ŞEİR MÜSABİQƏSİ DƏYƏRLƏNDİRMƏ KRİTERİYALARI
📍Tələffüz və diksiyası (40 bal)
📍Jest və mimikası (20 bal)
📍Məzmunu və videonun keyfiyyəti (15 bal)
📍Geyimi (10 bal)
📍Fon musiqisi (15 bal)
💰Sponsorlarımız
🎯Azerbaijanian American Cultural Alliance
🎯APL Appliances
🎯Silkway Luxury Limo Services
🎯Pizza Street Café
Daha ətraflı məlumat üçün

Comments