2020-ci ildə dünyamızı ağuşuna almış pandemiya, Houston Azerbaijani School (HAS)-dan da yan keçmədi. Buna baxmayaraq 2011-ci ildən Texas ştatının Houston şəhərində Azərbaycan-Amerika Mədəniyyət Alyansının tərkibində fəaliyyət göstərən məktəbimiz bütün fürsətləri dəyərləndirərək Houston və ətrafında yaşayan məktəbli həmvətənlərimizə xidmət etməyə davam etdi.
Könüllü fəaliyyət göstərən idarə heyətimizin üzvləri və müəllimlərimizin dəstəyi ilə övladlarımıza Azərbaycan sevgisi aşılayan və övladlarımızın öz bilik və bacarıqlarını sərgilədikləri müsabiqələr və tədbirlər təşkil edilmişdir. Həyata keçirdiyimiz bütün fəaliyyətlərin maddi xərcləri valideynlər, AACA və Houstonda fəaliyyət göstərən və həmvətənlərimizin idarə etdiyi şirkətlərin sponsorluğu ilə qarşılanmışdır. ABŞ və Azərbaycan da daxil olmaqla heç bir dövlətdən maddi dəstək alınmamışdır.
Dərslər:
Pandemiya başlayana qədər həftə sonları könüllü və profesional müəllimlərimiz tərəfindən Azərbaycan dili, Azərbaycan tarixi, kodinq, texnologiya, şahmat, rəsm, milli rəqs və bənzəri dərslər Houstonda yaşayan məktəbli həmyerlilərimizə tədris edildi. Pandemiya ərzində də yay kampı kimi onlayn programlar təşkil edərək ana dilimizlə yanaşı, övladlarımızın ehtiyacı olan dərsləri tədris etməyə davam etdik.
Müsabiqələr:
Rəsm müsabiqəsi: Uşaqlarımız arasında "Azərbaycan mənim gözümlə" mövzusunda rəsm müsabiqəsi təşkil edildil. Azərbaycan-Amerika Mədəniyyət Alyansının və Hyuston Azərbaycan Məktəbinin təşkil etdiyi "Azərbaycan mənim gözümlə" mövzusunda rəsm müsabiqəsinin məqsədi uşaqları ölkəmizin dilbər guşələri ilə tanış etmək idi.Müsabiqəyə 36 uşaq rəsm əsərini təqdim etmiş və rəsmlərdə uşaqların Azərbaycanla bağlı təxəyyülləri öz əksini tapmışdır. Müsabiqə qaliblərinə sponsorlarımız tərəfindən həvəsləndirici mükafatlar verilib. https://www.facebook.com/AzerbaijaniSchool/photos/a.117807023081890/148509950011597
Şeir müsabiqəsi: “28 May Respublika Günü”nə həsr olunmuş şeir müsabiqəsinin məqsədi dilimizi, folklorumuzu, tariximizi, milli-mənəvi dəyərlərimizi şeir vasitəsi ilə qürbətdə yaşayan həmvətənlərimizə, xüsusi ilə gənc nəslə sevdirmək idi. Müsabiqədə məktəblilərlə yanaşı böyüklər də, milli-mənəvi duyğuları tərənnüm edən şeirlər səsləndirdilər.
Dərsdən Kənar Fəaliyyətlər
Əyləncə mərkəzi: Məktəblilərimizin birlikdə zaman keçirməsi üçün Urban Air-də əyləncə tədbiri təşkil edilmişdir.
Yel Çərşənbəsi: Novruz ərəfəsində adət-ənənələrimizin xatırlanması və bahar tətilinin daha maraqlı keçməsi üçün şagirdlərimiz və valideynlərimizlə tədbir təşkil edildi.Tədbirdə valideynlər tərəfindən gətirilən novruz təamları yeyildi və milli musiqi sədaları altinda yallı gedildi.https://fb.watch/2JXbkMacnP/
Rəsm sərgisi: 17 Noyabr “Milli Dirçəliş Günü”nə həsr edilmiş rəsm sərgisində Houstonlu uşaqların əl işləri nümayiş olundu. Rəsmlərdə vətənimizin maddi-mənəvi dəyərləri, əsgərlərimizin qəhrəmanlığı kimi mövzular öz əksini tapib.
Valideyn Seminarları
29 May 2020 tarixində baş tutmuş “Azərbaycan Xalq Cumhuriyyəti tariximizin şərəf səhifəsidir” mövzusundakı canlı yayımımızda tarixçi Coşqun Bəkirov məktəbliləri və valideynləri Şərq dünyasının ilk demokratik dövlətinin şanlı tarixi haqqında məlumatlandırmışdır.
29 Oktyabr 2020 tarixində təşkil edilmiş “Uşaq və İdman” mövzulu seminarımızda uşaqlar hansı yaşda idmana başlamalıdır, hansı idman növü hansı yaş qrupuna uyğundur kimi sualların cavabları mütəxəssis Mürsəl Quliyevlə müzakirə edildi. Mürsəl Quliyev Azerbaycanın ilk döyüş klubu olan Savalan idman cəmiyyətinin məşqçisi, yerli və bəynəlxalq yarışların qalibi və mükafatçısı olmuşdur. Seminar Facebook səhifəmizdən canlı yayınlanmışdır.
Avto-ralli
ABŞ-Azərbaycan Mədəni Alyansının təşkilatçılığı ilə keçirilən avto-rallidə şagirdlərimiz və valideynlərimiz fəal iştirak etmişlər. "Qarabağ Azərbaycandır" şüarı ilə keçirilən ralliyə 100-ə yaxın ailə öz avtomobillərində qatılıb. Texas ştatının Sugar Land, Katy və Hyuston şəhər mərkəzlərini əhatə edən avto-rallidə Qarabağ həqiqətləri Texaslılara çatdırılıb.
Ralli iştirakçıları sonda bir araya gələrək Azərbaycan himnini ifa edib və "Qarabağ Bizimdir, Bizim Olacaq” kimi şüarlar səsləndirərək möhtəşəm aksiyaya yekun vurublar.
İanə (Fundraising) tədbirləri
Azerbaijanian American Cultural Alliance və Houston Azerbaijani School-un təşkil etdiyi 3 ianə tədbirinə 1000-dən artıq Azərbaycanlı və dost ölkələrin vətəndaşları iştirak ediblər.
İştirakçılar Hyustonlu fədakar xanımların hazırladıqları milli mətbəximizin nümunələrini alaraq dəstək olublar. 3 tədbirdə toplanan 25 min dollardan artıq məbləğin hamısı vətənimizdəki savaşdan əziyyət çəkən insanların ehtiyacları üçün xərclənib.
Tədbirlərdə Hyustonlu məktəblilər də aktiv iştirak edərək analarına dəstək olublar.
Tədbirlərdə azərbaycanlılarla yanaşı ABŞ, Qazaxıstan, Türk, Türkmən, Rus, Bosniya, İsrail və başqa ölkələrin nümayəndələri də iştirak etdilər.
Bütün bu fəaliyyətlərin həyata keçirilməsində bizə dəstək olan AACA idarə heyətinə, könüllü müəllimlərimizə, həmçinin tədbirlərin keçirilməsində maddi dəstəyini əsirgəməyən aşağıda adlarını sadaladığımız sponsorlarımıza sonsuz təşəkkür edirik.
Comments