top of page

İanə tədbiri

Writer: Rasim DemirovRasim Demirov

15 Noyabr 2020 tarixinda AACA ve Houston Azərbaycan Məktəbinin təşkilatçılığı ilə növbəti ianə tədbiri baş tutub. Tədbirdə 20-dən artıq xanım həmyerlimiz öz bişirdikləri yeməklər və şirniyyatları qonaqlara təqdim ediblər. Tədbirdə himnimiz Houstonlu şagirdlər və valideynləri tərəfindən səsləndirilib. Tədbirdə Houston Azərbaycanlıları ilə yanaşı Türk, ABŞ, Türkmən, İsrail, Bosniya xalqının nümayəndələri də iştirak ediblər.

Tədbirdən əldə edilmiş $10197 vətənimizdə müharibədən əziyyət çəkən insanların ehtiyacları üçün xərclənəcək.

Bu səfərki tədbiri fərqləndirən cəhətlərdən biri də rəsm sərgisi idi.

17 Noyabr Milli Dirçəliş gününə həsr edilmiş rəsm sərgisində Houstonlu məktəblilər vətənimizin maddi-mənəvi dəyərlərini, əsgərimizin şücaəti kimi mövzuları əks etdirən əl işlərini sərgiləyiblər.


 
 
 

Recent Posts

See All

Növbəti İanə Tədbiri

28 fevral 2021 tarixində AACA və Houston Azerbaijani School-un təşkilatçılığı ilə bir ianə (fundrasing) tədbirimiz daha baş tutdu....

Комментарии


Subscribe Form

©2020 by Houston Azerbaijani School. Proudly created with Wix.com

bottom of page