28 fevral 2021 tarixində AACA və Houston Azerbaijani School-un təşkilatçılığı ilə bir ianə (fundrasing) tədbirimiz daha baş tutdu. Tədbirdə Houston və ətrafinda yaşayan Azərbaycanlı xanımların bişirdikləri yeməklər və şirniyyatlar gələn qonaqlara təqdim edildi. Azərbaycanlı və amerikalı qonaqlar Azərbaycan mətbəxinin dadlı təamlarını alaraq öz dəstəklərini göstərdilər.
Tədbirdə Xocalı Faciəsində həyatlarını itirən vətən övladlarının xatirəsi yad edildi.
Toplanan 4071 amerika dolları qazi və şəhid ailələrinə göndəriləcək.
Tədbirdə iştirak edən bütün soydaşlarımıza və qonaqlara minnətdarlığımızı bildiririk. İanə tədbirlərinin hər ay təşkil edilməsi planlaşdırılır.
Comments